Grand Theft Auto: San Andreas

Grand Theft Auto: San Andreas
Yayımlayanlar Rockstar Games
Seriya Grand Theft Auto
Buraxılış tarixləri 26 oktyabr 2004, 7 iyun 2005, 20 oktyabr 2008, 12 noyabr 2010, 11 dekabr 2012
Sonuncu versiya
  • Patch V1.09 Online (PC retail) (26/11/2017)
  • 2.00 (Android) (2/4/2019)
  • 2.2 (iOS) (12/4/2019)
  • 1.0.3 (MacOS) (9 Nov 2014)
Sonuncu beta-versiya
  • Patch V1.09 Online (PC retail) (26/11/2017)
  • 2.00 (Android) (2/4/2019)
  • 2.2 (iOS) (12/4/2019)
  • 1.0.3 (MacOS) (9 Nov 2014)
Janr döyüş-macəra oyunu, üçüncü-şəxs atıcı
Texniki məlumat
Platforma PlayStation 2[1], Xbox[1], Xbox 360, PlayStation 3, Windows Phone, Android, Microsoft Windows[1], macOS, iOS, PlayStation 4
Oyun rejimi birnəfərli oyun[2], çoxnəfərli oyun
İnterfeysin dili ingilis dili, ispan dili, fransız dili
Daşıyıcı optik disk, rəqəmsal yükləmə[d], rəqəmsal distribusiya
İdarəetmə kompüter klaviaturası, kompüter siçanı, geympad, sensor ekran
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Grand Theft Auto: San AndreasRockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən paylanmış 2004-cü ilin döyüş-macəra videooyunu. Bu "Grand Theft Auto" oyun seriyasının bir hissəsidir. Oyunun baş qəhrəmanı Carl "CJ" Johnson-dur. O, anasının ölüm xəbərini eşidəndə San Andreas ştatındakı məmləkətinə qayıdır. CJ, öyrənir ki, keçmiş dəstəsi əvvəllər nəzarət etdikləri ərazilərin əhəmiyyətli bir hissəsini itirib. Oyun boyu o, dəstəsini yenidən qurmaq üçün çalışır, rüşvətxor polislər və təhlükəli cinayətkarlarla dolu qarşıdurmalara girir və yavaş-yavaş anasının ölümü ilə bağlı sirri açır.

Oyunda personaj üçüncü şəxs baxış bucağından idarə olunur. Oyun dünyasında hərəkət etmək üçün piyada gəzmək və nəqliyyat vasitələrindən istifadə etmək mümküdür. Oyunçu Los Santos (Los-Anceles), San Fierro (San-Fransisko) və Las Venturas (Las-Veqas) kimi şəhərləri əhatə edən San Andreas ştatının açıq dünyasını kəşf edə bilər. Oyunun hekayəsi Los-Ancelesdə baş vermiş real hadisələr əsasında hazırlanıb. Buraya dəstələr arasındakı münaqişələr, 1990-cı illərin heroin epidemiyası, 1992-ci ildə Los-Anceles iğtişaşları və Rampart qalmaqalı kimi hadisələr daxildir. Oyun 2004-cü ildə PlayStation 2 üçün, 2005-ci ildə isə WindowsXbox üçün satışa çıxarılmışdır.

  1. 1 2 3 redump.org (ing.). Europe.
  2. Steam. 2003.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy